Ermənistan Zəngəzur dəhlizi ilə bağlı yeni texniki imkanları araşdırır

Ermənistan Zəngəzur dəhlizində Azərbaycan yüklərinə maneəsiz yol verilməsi imkanlarını öyrənir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim Mülkü Müqavilə fraksiyasının katibi Artur Ovannisyan danışıb.
“Hazırda Ermənistanın müəyyən orqanlarının köməyi ilə icra ediləcək tggexniki imkanlar müzakirə edilir”, - deyə Ovanisyan deyib.
O, həmçinin qeyd edib ki, ölkə ərazisindən müvafiq orqanların bilmədiyi yük daşına bilməz.
Xatırladaq ki, bundan öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan yolların açılması ilə bağlı bütün məsələlərə dair, o cümlədən yük və sərnişinlərin yoxlanılması rejimi ilə bağlı Azərbaycana təkliflər verildiyini və müzakirə etməyə hazır olduqlarını bildirib. Parlament sədri qeyd edib ki, bütün qərarlar qarşılıqlılıq prinsipinə əsaslanmalıdır.
19:06 13.02.2025
Oxunuş sayı: 3563