Tramp: “Mən İranla razılaşmağa hazıram”

“Sputnik Iran” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla müharibə etmək əvəzinə razılaşmağa hazır olduğunu bildirib. Tramp bundan əvvəl İranla nüvə proqramını sülh yolu ilə inkişaf etdirməyə və irəlilətməyə imkan verəcək təsdiqlənmiş nüvə sülh sazişinə nail olmaq istədiyini bildirib və dərhal işə başlamağa çağırıb.
Fevralın 7-də ABŞ prezidenti “Air Force One” təyyarəsində Amerikanın “The New York Post” qəzetinə deyib: “Mən İranla qeyri-nüvə razılaşması əldə etmək istərdim. Mən bunu onları bombalamaqdan üstün tuturam... Onlara deyirəm ki, razılaşacam”.
Qeyd olunub ki, Tramp İranla mümkün danışıqların məqamlarını açıqlamaqdan imtina edib. İranla razılaşmanın müqabilində nə təklif edə biləcəyi sualına cavab olaraq Tramp vurğulayıb: "Çox çətin olduğu üçün deyə bilmərəm. İrana hücum etməyəcəm".
13:04 09.02.2025
Oxunuş sayı: 4821