Azərbaycan diplomatları Silikon vadisində məscidi ziyarət edib
Azərbaycanın Los-Ancelesdəki konsulluğunun diplomatları Silikon vadisində yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət ediblər.
Crossmedia.az xəbər Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət etməkdən şad olduq. [Türkiyənin] Dəyanət Vəqfi Silikon vadisi şöbəsinin səmimi qəbulu və qonaqpərvərliyinə görə ürəkdən təşəkkür edirik. Dolğun müzakirələrə görə icma üzvlərinə minnətdarıq”, – Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli diplomatların xatirəsini yad etmişdilər.
11:55 02.02.2025
Oxunuş sayı: 357