CROSSMEDIA - Ramin Məmmədov: Azərbaycanda məskunlaşan bütün xalqlar arasında qarşılıqlı etimad mühiti formalaşıb
Din

Ramin Məmmədov: Azərbaycanda məskunlaşan bütün xalqlar arasında qarşılıqlı etimad mühiti formalaşıb

  • Azərbaycanda müxtəlif dinlərə aid ibadət yerlərinin təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir.

  • Crossmedia.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gəncə şəhərində yerləşən “İmamzadə” Ziyarətgah Kompleksi, “Şah Abbas Cümə” məscidi, “Aleksandr Nevski” Pravoslav kilsəsi, Gəncə şəhər Yəhudi dini icmasının dua evini ziyarəti zamanı din xadimləri ilə söhbətində deyib.

  • Ramin Məmmədov “Şah Abbas Cümə” məscidi və “İmamzadə Ziyarətgah” dini kompleksində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin, tolerant ənənələrin və dini müxtəlifliyin qorunması sahəsində ardıcıl tədbirlər görülür.

  • Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası istiqamətində mühüm layihələr həyata keçirdiyini vurğulayan komitə sədri bu təşəbbüslərin çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə multikulturalizm ənənlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini qeyd edib.

  • Daha sonra Ramin Məmmədov Gəncə şəhəri “Aleksandr Nevski” adına Rus Pravoslav kilsəsində olub. Kilsə ilə tanışlıqdan sonra burada fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı dövlətin multikulturalizm və dövlət-din münasibətləri sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkib.

  • Gəncə şəhər yəhudi dini icmasının dua evini ziyarət zamanı komitə sədri bildirib ki, dini müxtəliflik baxımından ölkədə milli, irqi və dini zəmində heç vaxt ayrı-seçkilik faktı qeydə alınmayıb. Azərbaycan ərazisində məskunlaşan bütün xalqlar arasında qarşılıqlı etimad mühiti formalaşıb.

  • Komitə sədri qeyd edib ki, respublikadakı multikultural mühitin mövcudluğu dini dözümlülüyün Azərbaycan xalqının həyat tərzi olduğunu göstərir.

  • Din xadimləri Azərbaycan dövlətinin dini sahədə siyasətini dəstəklədiklərini, bu sahədə görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar.

13:13 31.01.2025

Oxunuş sayı: 472

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR