CROSSMEDIA - Qanun dəyişir: "Bu, bizim üçün yeni dövrün başlanğıcıdır"
Din

Qanun dəyişir: "Bu, bizim üçün yeni dövrün başlanğıcıdır"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, Azərbaycanda dini qurumlarla bağlı yeni qanun layihəsi hazırlana bilər. Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bununla bağlı müzakirələr aparılır: "Müzakirələrin nəticəsi olaraq parlamentin yaz sessiyası dövründə belə bir qanun layihəsi hazırlana bilər".

F.Mustafanın səsləndirdiyi fikirlər cəmiyyət üçün kifayət qədər aktualdır. Əsas məsələ isə qanunda hansə dəyişiklikliklərin gözlənildiyi barədədəri.

 

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı, ilahiyyət üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun sözlərinə görə, hələ ki, belə bir konkret layihə yoxdur: “ Bu, ümumi şəkildə səsləndirilmiş bir fikirdir. Bu qanunun  1992-ci ildə qəbul edildiyini və sonradan üzərində bir sıra dəyişikliklər edildiyini nəzərə alsaq, yeni təşəbbüslər meydana çıxa bilər. Bilirsiniz ki, qanun bir neçə istiqamətdə qəbul edilə bilər. Birinci istiqamət ondan ibarətdir ki, Milli Məclisin fəaliyyətində dini qurumlarla iş üzrə komitə özü bir təşəbbüslə çıxış etsin və ya vətəndaş təşəbbüsü irəli sürülsün. Ona görə hansı yeni maddə və məsələlərin gündəmdə olacağını indidən demək çətindir”.


Parlamentari bildirib ki, gələcəkdə bu istiqamətdə hansı işlərə başlanılarsa, bu barədə cəmiyyətə geniş və ətraflı məlumat veriləcək: “Hələ ki, Milli Məclisdə konkret layihə yoxdur və hansısa layihə müzakirə olunmur. Fikrimcə, ehtimal olunan dəyişiklik daha çox müasir yanaşmalara əsaslana bilər. Artıq yeni bir mərhələyə qədəm qoymuşuq. Bu, bizim üçün yeni bir dövrün başlanğıcıdır və bu mərhələdə atılacaq addımlar nəzərdən keçirilə bilər. Yekun addımlar və qərarlar barədə isə gələcəkdə məlumat veriləcək. Hələ ki, konkret hazır layihə yoxdur.”

Nərgiz Camalzadə

15:52 27.01.2025

Oxunuş sayı: 4080

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR