Bitcoində son vəziyyət: Rekord artım

Kriptovalyuta bazarında hərəkətlilik davam edir və Bitcoin yenidən diqqət mərkəzinə çevrilib. Gələcəyin valyutası kimi görülən kriptoaktivlərin qiyməti zaman-zaman dəyişir, lakin Bitcoinin son rekord həddi çoxlarının marağına səbəb olub.
20 yanvar səhəri Bitcoin 109 min dolları keçərək kripto tarixinin ən yüksək səviyyəsinə çatıb. Yalnız bir saat əvvəl isə o, təxminən 7 min dollar dəyər qazanaraq bu rekorda nail olub. Ancaq belə aktivlərin qiymətlərinin daim dəyişkən olduğunu unutmamalıyıq.
Rekorddan sonra Bitcoinin dəyəri 100 min dollara qədər düşsə də, tez bir zamanda bərpa olunub. Hazırda isə Bitcoinin dəyəri təxminən 104 min 900 dollar civarındadır.
Bazarda bu cür aktivliyin səbəblərindən biri də ABŞ-dakı prezident seçkiləridir. Donald Tramp, 2017-2021-ci illər arasında ki, prezidentlikdən sonra 4 illik fasilə ilə yenidən seçilərək ABŞ-ın 47-ci prezidenti olub. O, seçkilərdə rəqibi Kamala Harrisi məğlub edib. Mütəxəssislərin fikrincə, Trampın bazarlara təsiri yaxın zamanda da davam edəcək.
Bitcoin və digər kriptovalyutaların dəyəri hər an dəyişə bilər, buna görə də bazarı izləməyə davam etmək tövsiyə olunur.
Sevinc Abuşova
14:47 24.01.2025
Oxunuş sayı: 2518