Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayacaq
Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə QMİ-dən bildirilib.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Qeyd edilir ki, yerlər məhduddur. Ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.
23:31 20.01.2025
Oxunuş sayı: 822