“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı layihə keçirilib
Qrant Müsabiqəsi çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı layihə keçirilib.
Crossmedia.az xəbər verir ki, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB tərəfindən təşkil olunan layihə çərçivəsində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında müxtəlif maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlərdə gənclərlə yanaşı, rayonların dini qurumlarının rəhbərləri də iştirak ediblər.
Layihənin keçirilməsində əsas məqsəd gəncləri dini radikalizmə qarşı maarifləndirməkdir.
08:35 15.01.2025
Oxunuş sayı: 3459