Masallıda bədbəxt hadisə: sakin ağacdan yıxılaraq öldü
Masallı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Crossmedia.az xəbər verir ki, rayonun Məmmədrzaküçə kəndinin sakini, 1970-ci il təvəllüdlü Əşrəf Xeyrulla oğlu Əşrəfov yaşadığı evin həyətində palıd ağacını budayarkən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırmalar aparılır.
12:18 31.08.2026
Oxunuş sayı: 56