Davamlı maliyyə stresi beyni necə dəyişir?
Uzunmüddətli araşdırmanın nəticələrinə görə, aşağı gəlir və davamlı maliyyə problemləri yaddaş və məlumatı emal etmə qabiliyyətinin zəifləməsi ilə əlaqəli ola bilər.
Crossmedia.az xəbər verir ki, PsyPost-un yaydığı məlumata əsasən, tədqiqat iştirakçıları üzərində aparılan testlər və MRT müayinələri maddi çətinlik yaşayan insanların koqnitiv göstəricilərinin daha aşağı olduğunu göstərib.
MRT görüntülərində bu qrupda beyin atrofiyasının daha nəzərəçarpan olduğu müəyyənləşdirilib. Əlaqənin xüsusilə kişilərdə daha güclü olduğu, uzunmüddətli maliyyə stresinin iltihabi proseslər və orqanizmin qocalması ilə əlaqəli ola biləcəyi bildirilib.
00:28 31.08.2026
Oxunuş sayı: 55