İran Hörmüz boğazının açılması üçün şərtləri açıqladı
İran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün bir sıra şərtlər irəli sürüb və bunun üçün Omanla xüsusi gəmi dəhlizi barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bu barədə açıqlama verib.
Rzayinin sözlərinə görə, vasitəçilər Tehranın Hörmüz boğazının yenidən açılması ilə bağlı şərtlər siyahısını hazırlayırlar. Şərtlər arasında regional müharibəyə son qoyulması da yer alır.
Gəmiçilik üçün yeni marşrut
İran Omanla Hörmüz boğazından keçən gəmilər üçün xüsusi dəhlizin yaradılması barədə razılığa gəlib. Bildirilib ki, marşrutun bir hissəsi Oman, digər hissəsi isə İranın ərazi sularından keçəcək.
Rzayi qeyd edib ki, ABŞ İranın irəli sürdüyü şərtləri yerinə yetirəcəyi təqdirdə gəmilər müəyyən edilmiş mərkəzi kanaldan istifadə edə biləcək.
14:18 29.08.2026
Oxunuş sayı: 46