Çili, Argentina, Boliviya və Peru strateji minerallarla bağlı razılaşma imzaladı
Çili, Argentina, Boliviya və Peru mis və litium başda olmaqla strateji minerallar sahəsində regional əməkdaşlığın gücləndirilməsi barədə birgə bəyannamə imzalayıb.
Crossmedia.az xəbər verir ki, tərəflər bu barədə birgə bəyannamə yayıb.
Razılaşmanın məsuliyyətli investisiyaların təşviqinə, regional təchizat zəncirlərinin inkişafına və texnoloji əməkdaşlığın genişləndirilməsinə yönəldiyi bildirilib.
Sənəd enerji keçidi və süni intellektin inkişafı fonunda kritik minerallara tələbatın artacağı gözləntiləri ilə əlaqələndirilir.
09:27 29.08.2026
Oxunuş sayı: 45