NATO ölkələri ABŞ bazalarını saxlamaq üçün yarışa çıxıb
ABŞ-nin Avropadakı hərbi mövcudluğunu yenidən qiymətləndirməsi NATO ölkələri arasında Amerika hərbi bazalarını öz ərazilərində saxlamaq uğrunda rəqabətə səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, NATO ölkələri ABŞ-ni hərbi bazalarını saxlamağa və ya yeni bazaları məhz onların ərazisində yerləşdirməyə inandırmağa çalışırlar.
ABŞ avqustun əvvəlində NATO ölkələrinə milli hərbi xərclərdən tutmuş Vaşinqtonun xarici siyasətinə münasibətə qədər geniş məsələləri əhatə edən sorğu göndərib.
“Politico” qeyd edir ki, Vaşinqtonun Avropadakı hərbi mövcudluğuna yenidən baxmasının əsas məqsədlərindən biri ABŞ qüvvələrinin qitədəki bazalardan istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.
16:55 28.08.2026
Oxunuş sayı: 48