Azərbaycan üzərindən Ermənistana NÖVBƏTİ TAXIL TƏDARÜKÜ
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti dəfə taxıl tədarükü həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 280 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.
Eyni zamanda, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
16:20 28.08.2026
Oxunuş sayı: 50