Rumıniya sahillərində yük gəmisi batdı
Rumıniya sahillərində hücuma məruz qalan Dominika bayrağı altında üzən PROGRESS IV ticarət gəmisi batıb.
Crossmedia.az xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Dan bu barədə məlumat yayıb.
Bildirilib ki, gəminin 12 nəfərdən ibarət bütün heyəti təxliyə olunub və xəsarət alan yoxdur. Sahil mühafizəsinin xilasetmə əməliyyatı dalğaların təxminən 2,5 metr hündürlüyə çatdığı mürəkkəb hava şəraitində həyata keçirilib.
Nikuşor Dan quru yük gəmisinin zərbəyə məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hadisə Rumıniyanın ərazi sularının sərhədi yaxınlığında baş verib
Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.
14:37 28.08.2026
Oxunuş sayı: 40