Türkiyə və ABŞ müdafiə sahəsində yeni müqavilə imzaladı
Türkiyə və ABŞ müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli dialoqun inkişaf etdirilməsi məqsədilə müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, müqavilə ABŞ-nin konsaltinq şirkətlərindən biri ilə bağlanıb və iki ölkə arasında müdafiə sahəsində institusional əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Bildirilib ki, razılaşma yalnız konkret bir layihə ilə məhdudlaşmır.
Daha əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyinin ABŞ-nin lobbiçilik şirkəti Ballard Partners ilə illik 2,4 milyon dollar dəyərində müqavilə bağladığı barədə məlumat yayılmışdı. Razılaşma Türkiyə-ABŞ münasibətləri, o cümlədən müdafiə məsələləri üzrə məsləhət və nümayəndəlik xidmətlərini əhatə edir.
09:52 28.08.2026
Oxunuş sayı: 48