UEFA İnfantinonu məhkəməyə verir
UEFA FIFA prezidenti Canni İnfantinonun Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı uğursuz planına görə İsveçrədə cinayət işi qaldırmağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən məlumat yayılıb.
UEFA İnfantino və digər FIFA rəsmilərini mümkün cinayətkar səhlənkarlıqda ittiham edir. Qurum ABŞ məhkəmələrinə müraciət edərək FIFA və layihə ilə əlaqəli maliyyə qurumlarından sənədlərin əldə olunmasını istəyib.
Söhbət FIFA Forward Enterprise layihəsindən gedir. Plan çərçivəsində Dünya Çempionatı və digər turnirlərin kommersiya hüquqlarının idarə olunacağı yeni şirkətin 20 faiz payının özəl investorlara 4,2 milyard dollara satılması nəzərdə tutulurdu. Layihə geniş etirazlardan sonra avqustun əvvəlində geri çəkilib.
Bununla belə, UEFA-nın İnfantinoya qarşı hüquqi təzyiqi davam edir. FIFA prezidentinin gələn ilin martında keçiriləcək seçkilərdə yenidən namizəd olması fonunda məsələ onun gələcəyi üçün ciddi problem yarada bilər.
21:42 27.08.2026
Oxunuş sayı: 49