İran hərbi doktrinasını dəyişdi: Müdafiədən hücuma keçdik
İran Ordusu hərbi doktrinasını müdafiə yönümlü strategiyadan hücum xarakterli yanaşmaya keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Mehr” xəbər agentliyi bu barədə məlumat yayıb.
İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, yeni strategiya mümkün gələcək münaqişələrə hazırlığı nəzərdə tutur. Onun sözlərinə görə, bu yanaşma daha sürətli cavab tədbirlərinin görülməsini, qabaqlayıcı addımların atılmasını, həmçinin yeni hərbi texnika və taktikalardan istifadəni əhatə edir.
“Biz hərbi doktrinamızı hücum doktrinasına doğru dəyişmişik”, – deyə Əkrəminiya bildirib. General qeyd edib ki, gələcək müharibələrdə İran Silahlı Qüvvələri yeni texnika, taktika və döyüş üsullarından istifadə edəcək.
Əkrəminiyanın sözlərinə görə, İrana qarşı hərbi hücum olacağı təqdirdə, regiondakı enerji və kommunikasiya infrastrukturu potensial hədəflər sırasında ola bilər.
17:06 26.08.2026
Oxunuş sayı: 48