CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: JASAT

11:42 27.09.2026

11 illik sirr bir detal ilə çözüldü: JASAT cinayəti açdı

53

Türkiyənin Manisa şəhərində 2015-ci ildən açılmamış qalan cinayət işi 11 il sonra yenidən araşdırılaraq həll edilib. Crossmedia.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Jandarma Baş Komandanlığının Asayiş İdarəsi və Manisa Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmalar nəticəsində faili məlum olmayan hadisənin üstü açılıb. Məlumata görə, Meral Babacanın meyiti 2015-ci il iyulun 6-da Akhisar-Manisa yolunda aşkarlanıb. Uzun müddət nəticəsiz qalan iş JASAT əməkdaşları tərəfindən yenidən araşdırmaya götürülüb. Araşdırma zamanı hadisə yerində tapılan plastik detal əsas sübut kimi qiymətləndirilib. Mütəxəssislər həmin parçanın konkret marka və model avtomobilin yan güzgü çərçivəsinə aid olduğunu müəyyən ediblər. JASAT əməkdaşları daha sonra hadisə vaxtına aid Kent Təhlükəsizlik İdarəetmə Sistemi (KGYS) kameralarının görüntülərini araşdırıb. Vaxt və məsafə hesablamaları nəticəsində həmin detala uyğun avtomobilin hadisə zamanı ərazidən keçdiyi müəyyən edilib. Araşdırmalar zamanı avtomobilin 2017-ci ildə Şanlıurfada başqa şəxsə satıldığı məlum olub. Hazırkı sahibinin ifadəsinə əsasən, avtomobilin yan güzgüsünün əvvəlki illərdə dəyişdirildiyi təsdiqlənib. İstintaq çərçivəsində hadisə vaxtı avtomobili idarə edən R.Ç. adlı şəxs saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi də məsələ ilə bağlı açıqlama verərək bildirib ki, keçmişdə açılmamış qalan işlər yenidən araşdırılır və cinayətlərin qarşısının alınması istiqamətində çalışmalar davam etdirilir. Nazir qeyd edib ki, təhlükəsizlik qurumlarının apardığı araşdırmalar nəticəsində 11 il əvvəl baş vermiş bu hadisə də aydınlaşdırılıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR