Rusiyada saatda 300 km sürətlə hərəkət edən yeni dron hazırlanıb
Rusiyada saatda 300 kilometr sürət yığa bilən "Vivyerna-Koqot" adlı yeni pilotsuz uçuş aparatı hazırlanıb.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə Təcrübə-Konstruktor Bürosuna istinadən məlumat yayıb.
Məlumata görə, dron maşın görmə sistemi və neyroşəbəkə əsasında işləyən hədəfi avtomatik ələ keçirmə funksiyası ilə təchiz olunub. O, kinetik və 0,5 kiloqramlıq qəlpəli-fuqas döyüş başlığı daşıyan zərbə versiyalarında hazırlanıb.
Hazırda aparat üzərində işlər davam edir. Sınaqlardan sonra "Vivyerna-Koqot" dronunun seriyalı istehsalına başlanılması planlaşdırılır.
Bildirilir ki, yeni dron 3 kilometr hündürlüyədək kamikadze və təyyarə tipli pilotsuz uçuş aparatlarını effektiv şəkildə məhv edə bilir.
13:38 28.07.2026
Oxunuş sayı: 42