Sərhəddə şok yoxlama: İçki kimi göstərilən yükün sirri açıldı
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Belarus ərazisi üzərindən Rusiyaya gətirilməyə cəhd edilən 39 mindən çox təzə kəsilmiş erməni mənşəli gül partiyasını saxlayıb.
Crossmedia.az xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, Smolensk gömrüyünün əməkdaşları Rusiyaya idxalı qadağan olunan 39,2 min ədəd qızılgül daşıyan avtomobili dayandırıblar.
Məlumata görə, Minsk vilayətindən Moskvaya gedən avtomobili Belarus vətəndaşı idarə edib. Sənədlərdə yükün alkoqolsuz tonuslandırıcı içkilər kimi göstərildiyi bildirilib.
Yoxlama zamanı yük bölməsində güllər aşkarlanıb. Güllər üçün fitosanitar və müşayiətedici sənədlərin olmadığı qeyd edilib. Rosselxoznadzor bildirib ki, qablaşdırmada qalan etiket hissələrində məhsulun Ermənistan mənşəli olduğu göstərilib.
23:07 27.07.2026
Oxunuş sayı: 48