Trampın yenidən paylaşımı gündəm olub
ABŞ Prezidenti Donald Tramp jurnalist Taker Karlson haqqında yazını yenidən paylaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məqalədə Karlsonda antisemitizmə meyilli münasibət sindromu olduğu iddia edilir.
Trampın bu paylaşımı jurnalistlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Yazının müəllifləri Karlsonu İsrail və yəhudilərlə bağlı mövqelərinə görə tənqid ediblər.
Karlson isə bu iddialarla bağlı öz mövqeyini dəfələrlə açıqlayıb.
21:48 27.07.2026
Oxunuş sayı: 34