Qəzza üçün yeni idarəetmə sistemi yaxın aylarda tətbiq oluna bilər
Qəzza zolağında vəziyyətin nizamlanması üçün yaradılan Sülh Şurası anklavda yeni idarəetmə modelinin yaxın aylarda tətbiqinə başlanacağına ümid edir.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında yayımlanan açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, beynəlxalq sabitləşdirmə qüvvələri Qəzzaya humanitar yardımın artırılmasında və bərpa işlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.
"Yaxın aylarda bu səylər yeni idarəetmə modelinin tətbiqi, təhlükəsizliyin təmin olunması və iqtisadi imkanların yaradılması istiqamətində konkret addımlara çevriləcək", – deyə açıqlamada vurğulanıb.
Bundan əvvəl İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağında beynəlxalq hərbi kontingentin yerləşdirilməsinə imkan verən qərar qəbul edib.
Qəzza üzrə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov qərarı dəstəklədiyini bildirib və beynəlxalq qüvvələrin tezliklə yerləşdiriləcəyinə, eləcə də radikal Fələstin hərəkatı HƏMAS-ın tərksilah ediləcəyinə ümid etdiyini qeyd edib.
14:28 27.07.2026
Oxunuş sayı: 51