Litva Rusiyadan gələnlər üçün yeni tələb tətbiq edir
Litva ölkəyə təhsil, mədəniyyət və idman sahələrində ictimai çıxışlar üçün gələn Rusiya vətəndaşlarından Ukraynadakı hadisələrlə bağlı Rusiyanın addımlarını pisləyən sənədə imza atmağı tələb edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi "BNS" agentliyinə açıqlamasında bildirib.
Məlumata görə, tələb olunan sənədi imzalamaqdan imtina edən Rusiya vətəndaşlarının Litvaya girişinə icazə verilməyəcək.
Litva XİN-in qərarın hansı tarixdən qüvvəyə minəcəyi və tələbin hansı şəxslərə şamil olunacağı ilə bağlı əlavə detallar açıqlanmayıb.
12:23 27.07.2026
Oxunuş sayı: 50