Özbəkistan yerli mühəndislərin hazırladığı yeni zirehli texnikaları təqdim edib
Özbəkistan yerli mütəxəssislər tərəfindən hazırlanmış yeni zirehli texnika nümunələrini təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin məlumatlarına istinadən bildirilib.
Təqdim olunan texnikaların ölkənin müdafiə sənayesinin imkanlarının genişləndirilməsi və hərbi bölmələrin müasir vasitələrlə təchiz olunması məqsədi daşıdığı qeyd edilib.
Bildirilib ki, yeni zirehli maşınların hazırlanmasında yerli mühəndislərin və müdafiə sənayesi müəssisələrinin iştirakı təmin olunub.
Özbəkistan son illərdə hərbi texnika istehsalının lokallaşdırılması, yeni texnologiyaların tətbiqi və müdafiə sahəsində yerli istehsal imkanlarının artırılması istiqamətində layihələr həyata keçirir.
12:18 27.07.2026
Oxunuş sayı: 46