Peskov: Putin və Orban heç vaxt rus dilində danışmayıblar
Rusiya Prezidenti Vladimir Putinlə Macarıstanın sabiq baş naziri Viktor Orban arasında keçirilən görüşlərdə danışıqların həmişə tərcüməçilərin iştirakı ilə aparıldığı bildirilib.
Crossmedia.az xəbər verir ki, "Rossiyskaya qazeta" bu barədə Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasını yayıb.
Peskov bu fikri Viktor Orbanın iyulun 25-də çıxışı zamanı rus dilində Nikolay Çernışevskinin "Nə etməli?" romanının adını səsləndirməsi ilə bağlı suala cavab olaraq deyib.
"Düşünürəm ki, o, sadəcə əsərin adını sitat gətirib. Orban savadlı insandır", – deyə Kremlin sözçüsü bildirib.
Peskov vurğulayıb ki, Putin və Orban arasında keçirilən bütün görüşlərdə danışıqlar tərcüməçilər vasitəsilə aparılıb və heç vaxt rus dilində baş tutmayıb.
14:28 26.07.2026
Oxunuş sayı: 53