Almaniyada təyyarə binanın üzərinə düşüb: ölən var
Almaniyanın şimalındakı Ganderkeze icmasında yüngül mühərrikli hava gəmisi yaşayış binasının damına çırpılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qəza nəticəsində bir nəfər həyatını itirib.
Hadisə yerində təyyarənin salonunda ola biləcək daha bir sərnişinin axtarışları davam etdirilir. Qəzanın səbəbləri araşdırılır.
19:54 25.07.2026
Oxunuş sayı: 56