Putin Tokayevi Omskda qarşılayıb
Rusiya Prezidenti Vladimir Putin Omsk şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Dövlət başçıları XXII Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində bir araya gəliblər.
Crossmedia.az xəbər verir ki, "RT" bu barədə məlumat yayıb.
Görüş zamanı Vladimir Putin və Kasım-Jomart Tokayev əl sıxaraq qısa söhbət ediblər. Daha sonra onlar rəsmi fotoçəkiliş mərasimində iştirak ediblər.
Gözlənilir ki, hər iki lider forumun plenar iclasına qatılacaq. Bununla yanaşı, Putin və Tokayevin ikitərəfli görüş keçirərək Moskva ilə Astana arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etməsi planlaşdırılır.
16:37 25.07.2026
Oxunuş sayı: 73