İran Aİ-ni ikili standartlarda ittiham etdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamalarını sərt tənqid edərək, Aİ-ni ikili standartlar tətbiq etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə məlumat yayıb.
İsmayıl Bəqayi sosial şəbəkədə paylaşdığı bəyanatda bildirib ki, Aİ-nin İranda insan hüquqları ilə bağlı narahatlıq ifadə etməsi inandırıcı görünmür.
Onun sözlərinə görə, Avropa İttifaqının İran xalqına qarşı həyata keçirilən və mülki əhali ilə kritik infrastrukturun hədəf alındığı hücumlara logistik və texniki dəstək verməsi, eyni zamanda bu hücumları pisləməməsi ciddi ziddiyyət təşkil edir.
Bəqayi ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan iranlı uşaqlarla bağlı Aİ tərəfindən heç bir başsağlığının verilmədiyini də vurğulayıb.
"Bu, təkcə etimadın itirilməsi deyil. Bu, şərin adiləşməsi və ikiüzlülüyün ən açıq formasıdır", – deyə İran XİN-in sözçüsü bildirib.
14:42 25.07.2026
Oxunuş sayı: 61