Belarusdan Polşaya terror xəbərdarlığı: Təhlükə artır
Belarus Xarici İşlər Nazirliyi Polşada gizlənən radikal şəxslərin ölkə sakinləri üçün təhlükə yaratmağa başladığını bildirib.
Crossmedia.az bu barədə˝BelTA˝ agentliyinə istinadən xəbər verir ki, Belarus XİN-in mətbuat katibi Ruslan Varankov bildirib ki, Varşava Minsk tərəfindən Polşa ərazisində mümkün terror aktına hazırlıqla bağlı verilən məlumatı lazımi diqqətlə qarşılayıb.
Daha əvvəl Belarus Polşa hakimiyyətinə ölkə ərazisində terror aktının hazırlanması barədə məlumat təqdim edib.
21:08 24.07.2026
Oxunuş sayı: 65