Sərhəd bölgəsində gərginlik artır: yerli rəhbər postunu boşaldır
Rusiyanın Belqorod vilayətinin Şebekinski rayonunun rəhbəri Andrey Gridnev vəzifəsini vaxtından əvvəl tərk edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vilayətin müvəqqəti qubernatoru Şuvayev bildirib ki, Gridnevə qarşı heç bir iradı yoxdur.
“Rayona hücumlar güclənib, atəşə tutulmalar və PUA zərbələri daha intensiv xarakter alır. Belə şəraitdə yerli komanda səhv etmək hüququ olmadan işləməlidir. Andrey Nikolayeviçə qarşı heç bir iradım yoxdur, amma sakinlərin təhlükəsizliyi mənim üçün bütün digər məsələlərdən daha vacibdir”, – deyə Şuvayev bildirib.
22:08 22.07.2026
Oxunuş sayı: 53