Peskov: Aİ-nin sanksiyalarla bağlı həddi yoxdur
Rusiya Prezidenti Dmitri Peskovun mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların həddinin olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərə keçirdiyi brifinq zamanı danışıb.
Kremlin sözçüsü qeyd edib ki, Avropa siyasətçilərinin “dəlilik həddi” olmadığı kimi, Aİ-nin də sanksiyalarla bağlı müəyyən bir sərhədi yoxdur.
Peskovun sözlərinə görə, indiyədək Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlər əsasən dolayı şəkildə Avropaya, avropalı vergi ödəyicilərinə və biznesə təsir edib, nəticədə milyardlarla dollarlıq zərər yaranıb.
O bildirib ki, hazırda Aİ-nin əlində qalan sanksiyalar isə artıq bir sıra üzv ölkələrin maraqlarına birbaşa təsir göstərəcək.
“Əlbəttə, bu, artıq daha ağrılıdır”, – deyə Peskov bildirib.
Kremlin nümayəndəsi əlavə edib ki, məhz bu səbəbdən Avropa cəmiyyətində və siyasətçilər arasında mövcud ziddiyyətlər daha da artır.
14:16 22.07.2026
Oxunuş sayı: 57