Polşa MiQ-29 qırıcılarının modernləşdirilməsinə dəstək verməyə hazırdır
Polşa Ukraynaya veriləcək MiQ-29 qırıcılarının modernləşdirilməsinə kömək etməyə hazırdır, lakin layihənin maliyyələşdirilməsi Ukrayna və ya onun müttəfiqləri tərəfindən təmin edilməlidir.
Crossmedia.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Nazirin sözlərinə görə, Varşava bu məsələni müzakirə etməyə açıqdır.
"Əgər Ukrayna MiQ-29 təyyarələrinin modernləşdirilməsinə ehtiyac görürsə, biz imkanlarımız daxilində kömək etməyə hazırıq. Lakin bütün xərclər Ukrayna və ya bu layihəni maliyyələşdirmək istəyən müttəfiq ölkələrin üzərinə düşməlidir", – deyə Kosinyak-Kamış vurğulayıb.
16:38 12.07.2026
Oxunuş sayı: 53