Kallas: Aİ müdafiə imkanlarını NATO-nu təkrarlamadan gücləndirəcək
Avropa İttifaqı müdafiə imkanlarını NATO-nun funksiyalarını təkrarlamadan gücləndirməyə davam edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının müdafiə sahəsində atacağı addımlar NATO ilə rəqabət yaratmağa deyil, alyansı tamamlayan və Avropanın təhlükəsizlik potensialını artıran mexanizmlərin formalaşdırılmasına yönələcək.
10:33 01.07.2026
Oxunuş sayı: 45