Putin əcnəbi hərbçilərlə bağlı yeni qanun imzaladı
Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrində xidmət etmiş və ya hazırda xidmət edən əcnəbi vətəndaşların deportasiyasını qadağan edən qanunu imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni qanuna əsasən, Rusiya ordusunda xidmət keçmiş əcnəbilər deportasiyadan qorunacaq. Onların müvəqqəti və daimi yaşayış icazələrinin, eləcə də iş vizalarının ləğv edilməsinə və ya bu sənədlərin verilməsindən imtina olunmasına yol verilməyəcək.
Sənədə görə, 24 fevral 2022-ci il tarixindən etibarən Rusiya ordusunda müqavilə əsasında xidmət etmiş əcnəbilərlə bağlı deportasiya, ölkədə qalma müddətinin qısaldılması, habelə yaşayış və miqrasiya sənədlərinin rədd edilməsi və ya ləğvi barədə qəbul olunmuş bütün qərarlar etibarsız sayılacaq.
Qanun Rusiyanın hərbi xidmətə cəlb olunmuş əcnəbilərə əlavə hüquqi təminatlar verməsini nəzərdə tutur.
00:13 27.06.2026
Oxunuş sayı: 49