ABŞ Dövlət Departamenti: Rusiyaya getməyin, həyat üçün təhlükəlidir
ABŞ Dövlət Departamenti Rusiyada olan ABŞ vətəndaşları üçün təcili təhlükəsizlik xəbərdarlığı yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurum amerikalılara Rusiyaya səfərdən tamamilə imtina etməyi tövsiyə edərək ölkəni həyat üçün təhlükəli elan edib.
Bildirilir ki, Rusiyada dron hücumlarının nəticələrinin və pilotsuz uçuş aparatlarının (PUA) çəkilməsi qanun pozuntusu sayılır və bu, cərimə və həbs cəzaları ilə nəticələnə bilər.
Departament həmçinin fövqəladə vəziyyətlər zamanı vətəndaşlara maraq göstərmək əvəzinə yerli hakimiyyət orqanlarının sığınacaqla bağlı göstərişlərinə ciddi əməl etməyi tövsiyə edib.
21:14 18.06.2026
Oxunuş sayı: 42