Gezep "Taşacak Bu Deniz"dən ayrıldı
TRT 1-in sevilən serialı "Taşacak Bu Deniz"də gözlənilməz ayrılıq yaşanıb. Serialda Gezep obrazını canlandıran aktyor Onur Dilber yeni mövsümdə layihədə yer almayacağını açıqlayıb. Aktyorun sosial şəbəkə hesabında paylaşdığı açıqlama qısa müddətdə geniş müzakirələrə səbəb olub və serialın pərəstişkarlarını məyus edib.
Crossmedia.az xəbər verir ki, Onur Dilberin bildirdiyinə görə, böyük sevgi ilə canlandırdığı Gezep obrazının yeni mövsümdə serialda olmayacağını təəccüb və üzüntü ilə öyrənib. O, son həftələrdə personajın xarakterində baş verən dəyişikliklərin və obrazın əvvəlki mahiyyətindən uzaqlaşmasının tamaşaçılar tərəfindən də hiss edildiyini vurğulayıb. Aktyor Gezepin yenidən öz əvvəlki xəttinə qayıdacağını və vəd edilən hekayənin yeni mövsümdə davam edəcəyini düşündüyünü, lakin hadisələrin bu cür inkişaf etməsinə anlam verə bilmədiyini qeyd edib.
Aktyorun bu açıqlaması ayrılığın səbəbi ilə bağlı müxtəlif ehtimalların yaranmasına səbəb olub. Hazırda onun serialdan ayrılmasının konkret səbəbi barədə nə kanal, nə də yaradıcı heyət tərəfindən rəsmi məlumat verilib. Bununla belə, Onur Dilberin paylaşımında istifadə etdiyi ifadələr ayrılığın şəxsi qərardan çox, layihə rəhbərliyinin qərarı olduğu barədə fikirləri gücləndirib.
Qeyd edək ki, Gezep obrazı sərt xarakteri, ailəsinə bağlılığı və hadisələrin inkişafındakı mühüm rolu ilə "Taşacak Bu Deniz"in ən çox sevilən personajlarından biri hesab olunurdu. Bu səbəbdən onun serialdan ayrılması tamaşaçılar arasında böyük təəssüf hissi yaradıb və yeni mövsümdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi maraqla gözlənilir.
Fatimə Məmmədova
19:51 18.06.2026
Oxunuş sayı: 1487