İsrailin ABŞ-dəki səfiri Trampın İran raketləri ilə bağlı açıqlamasına etiraz edib
ABŞ prezidenti Donald Tramp-ın İranın ballistik raket proqramı ilə bağlı bəyanatına İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter etiraz edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfir bildirib ki, Tehrandakı radikal qüvvələr regiondakı digər dövlətlərə bənzəmir və onların ballistik raketlərə sahib olması ciddi təhlükə yaradır. Onun sözlərinə görə, İranın bu cür silahlardan mütləq qonşu ölkələrə qarşı istifadə edəcəyi ehtimalı yüksəkdir.
Bundan əvvəl Donald Tramp qeyd etmişdi ki, İranın bəzi raketləri olmalıdır, çünki digər ölkələrdə də bu silahlar mövcuddur. Bu açıqlama İsrail tərəfinin narazılığına səbəb olub.
20:16 18.06.2026
Oxunuş sayı: 49