Misir Sudanda qızıl mədənlərinə hava zərbələri endirib
Misir Hərbi Hava Qüvvələri bu gün Sudanın ərazisində yerləşən hədəflərə qarşı hava əməliyyatı keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, ümumilikdə yeddi hava zərbəsi həyata keçirilib. Hücumların əsas hədəfi Sudanın şərqində yerləşən Cəbəl əl-Əykad bölgəsindəki qızıl mədənləri olub.
Hadisə nəticəsində mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi açıqlama verilməyib. Məsələ ilə bağlı tərəflərin əlavə məlumat yayacağı gözlənilir.
20:08 18.06.2026
Oxunuş sayı: 52