ABŞ-İran razılaşmasından sonra ilk tanker karvanı Hörmüz boğazından keçdi
ABŞ və İran arasında atəşkəsə dair müvəqqəti memorandumun imzalanmasından bir neçə saat sonra ilk neft tankerləri Hörmüz boğazından keçib.
Crossmedia.az bu barədə ˝Reuters˝-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bayrağı altında üzən üç supertanker ümumilikdə 6 milyon barel xam neft daşıyaraq strateji boğazı keçib.
Məlumata əsasən, tanker keçidləri Vaşinqton və Tehran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasından sonra regionda gərginliyin azalmasının ilk əlamətlərindən biri hesab olunur.
19:32 18.06.2026
Oxunuş sayı: 497