Rusiya 992 PUA-nın məhv edildiyini bildirir
Ölkənin hava hücumundan müdafiə (HHM) vasitələri son 24 saat ərzində Ukraynaya məxsus təyyarə tipli 992 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, bu göstərici Rusiya tərəfindən qeydə alınan ən yüksək nəticədir. Bundan əvvəlki rekord 6 iyun tarixində qeydə alınmışdı. Həmin vaxt Rusiya HHM qüvvələrinin bir sutkada 911 PUA-nı vurduğu açıqlanmışdı.
Üçüncü ən yüksək göstərici isə 23 mayda qeydə alınıb. Həmin gün ərzində 800 Ukrayna pilotsuz uçuş aparatınınzərərsizləşdirildiyi bildirilmişdi.
Məlumat Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb.
19:24 18.06.2026
Oxunuş sayı: 39