Rusya Ukraynaya müntəzəm hücumlar planlaşdırır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın hücumlarına cavab olaraq Rusiya bundan sonra da müntəzəm şəkildə kütləvi zərbələr endirəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrovun sözlərinə görə, Kiyevin hərəkətlərinə yalnız bəyanatlarla cavab vermək kifayət deyil. O bildirib ki, Moskva Ukraynanın hücumlarına qarşı konkret hərbi tədbirlər görməyə davam edəcək.
Nazir qeyd edib ki, Rusiya tərəfi Ukraynanın həyata keçirdiyi hücumlara adekvat cavab verilməsi mövqeyindədir.
19:08 18.06.2026
Oxunuş sayı: 37