Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verilməyəcək və ABŞ hazırda tarixinin ən güclü dövrlərindən birini yaşayır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada neft tədarüklərinin davam etdiyini vurğulayaraq, İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək, dünya təhlükəsiz olacaq ifadələrini işlədib.
ABŞ prezidenti həmçinin ölkə iqtisadiyyatının gücləndiyini, fond bazarlarının yüksəldiyini, məşğulluğun rekord səviyyədə olduğunu və qiymətlərin aşağı düşdüyünü iddia edib.
“Ölkəmiz heç vaxt olmadığı qədər güclü, təhlükəsiz və hörmətlidir”, – deyə Tramp qeyd edib.
18:56 18.06.2026
Oxunuş sayı: 39