İran Ermənistanı TRIPP layihəsi ilə bağlı ehtiyatlı olmağa çağırıb
İran diplomatik kanallar vasitəsilə Ermənistana ABŞ administrasiyası tərəfindən İran sərhədi yaxınlığında Ermənistan ərazisindən keçməsi planlaşdırılan TRIPP layihəsi (“Tramp marşrutu”) ilə bağlı ehtiyatlı davranmağı tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Yerevan Binokl” adlı Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Tehran layihənin təhlükəsizlik və geosiyasi nəticələri ilə bağlı əlavə izahatlar əldə etməyə çalışır və bu məsələyə aydınlıq gətirilmədən təşəbbüsə dəstək vermək niyyətində deyil.
İran tərəfi vurğulayıb ki, təhlükəsizlik maraqları tam təmin olunmadan TRIPP layihəsinin həyata keçirilməsinə razılıq verilməyəcək.
Eyni zamanda İrəvana tövsiyə olunub ki, İran və ABŞ arasında davam etməsi gözlənilən 60 günlük dialoq dövründə layihə ilə bağlı geri dönüşü olmayan addımlar atmasın.
18:00 18.06.2026
Oxunuş sayı: 43