Pezeşkian ABŞ–İran memorandumunu “tarixi sənəd” adlandırdı
İran prezidenti Məsud Pezeşkian ABŞ və İran arasında imzalanan Anlaşma Memorandumunu “tarixi sənəd” kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkian sosial şəbəkə platforması “X”də etdiyi paylaşımda sənədin sülh istiqamətində mümkün irəliləyişin göstəricisi olduğunu bildirib. O qeyd edib ki, bu razılaşma “qarşılıqlı hörmət çərçivəsində sülhə nail olunacağı” mesajını verir.
İran prezidenti vurğulayıb ki, İran İslam Respublikası öz şərəfini, müstəqilliyini və milli maraqlarını qorumaqla yanaşı, qlobal sülhə də sadiq qalır.
17:48 18.06.2026
Oxunuş sayı: 50