Brüsseldən qaçqın siyasəti ilə bağlı yeni təklif
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa İttifaqında ukraynalı qaçqınların qəbulu ilə bağlı sadələşdirilmiş qaydaların dəyişdirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə DPA agentliyi Aİ sammiti ərəfəsində üzv ölkələrin liderlərinə göndərilən məktuba istinadla məlumat yayıb.
Məlumata görə, Fon der Lyayen ukraynalılar üçün qüvvədə olan müvəqqəti müdafiə mexanizminin müddətinin uzadılmasını dəstəkləsə də, onların qəbulu ilə bağlı mövcud sadələşdirilmiş prosedurların yenidən nəzərdən keçirilməsini təklif edir.
Bildirilir ki, dəyişikliklər xüsusilə hərbi xidmət yaşında olan kişilərlə bağlı qaydalara da təsir göstərə bilər.
Təkliflərin detalları hələ açıqlanmasa da, məsələ Avropa İttifaqı liderlərinin qarşıdakı müzakirələrinin əsas mövzularından biri kimi qiymətləndirilir.
17:00 18.06.2026
Oxunuş sayı: 40