Belarus XİN Ukraynaya nota verdi
Belarus Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Diplomatik nümayəndəyə Rusiya Federasiyasının Bryansk vilayətində avtobusa Ukraynaya məxsus pilotsuz uçuş aparatı ilə hücum edilməsi ilə bağlı etiraz notası təqdim edilib. Bu barədə Belarus XİN-in mətbuat katibi Varankov məlumat verib.
Minsk tərəfi Kiyevdən hücuma görə məsul şəxslərin tapılaraq cəzalandırılmasını tələb edib.
16:50 18.06.2026
Oxunuş sayı: 42