Fidan: Türkiyə münasibətlərin normallaşması üçün Ermənistanla əməkdaşlığa hazırdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, lazımi şərtlər formalaşacağı təqdirdə Ankara Ermənistanla münasibətlərin tam normallaşdırılmasına hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiyaya 16–17 iyun tarixlərində etdiyi səfərin yekunlarına dair danışan Fidan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan normallaşma prosesində mühüm addımlar atıb.
Nazirin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın iradəsi ilə bir sıra vacib qərarlar qəbul edilib, o cümlədən birbaşa ticarət əlaqələrinin və hava nəqliyyatı əlaqələrinin qurulması istiqamətində addımlar atılıb.
Fidan vurğulayıb ki, növbəti mərhələdə görülməli işlər də məlumdur və Türkiyə münasibətlərin normallaşması üçün zəruri şərtlərin yaranacağı halda bu prosesə hazırdır.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanan Paşinyanı təbrik etmişdi.
15:50 18.06.2026
Oxunuş sayı: 44