Uşakov: G7 sammitindən sonra Rusiya ilə Tramp administrasiyası arasında təmas olmayıb
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, G7 sammitindən sonra Moskva ilə ABŞ prezidenti Donald Trump administrasiyası arasında hələlik heç bir rəsmi təmas baş tutmayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Uşakovun sözlərinə görə, G7 sammitinin yekunlaşmasından sonra tərəflər arasında əlaqələrin qurulması və ya danışıqların aparılması ilə bağlı hər hansı yeni məlumat yoxdur.
O, Rusiya və ABŞ arasında mümkün gələcək təmaslarla bağlı əlavə açıqlama verməyib.
13:32 18.06.2026
Oxunuş sayı: 53