Şahbaz Şərif İranla bağlı paylaşımını sildi
Pakistan baş naziri Şahbaz Şərif İranla bağlı sənədin İsveçrədə imzalanacağına dair paylaşımını silib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Əl Cəzirə" televiziya kanalı yayıb.
Məlumata görə, Şərif əvvəlcə sosial şəbəkədə bu sənədin imzalanma mərasimi ilə bağlı paylaşım edib. Lakin daha sonra həmin paylaşımı silərək yeni versiyasını yayımlayıb.
Yenilənmiş paylaşımda artıq İranla bağlı sənədin imzalanacağına dair hər hansı məlumat və ya anons yer almayıb.
12:13 18.06.2026
Oxunuş sayı: 56